Azərbaycan millisi yanvarda yoldaşlıq görüşü keçirəcək.
Sportinfo.az-ın məlumatına görə, AFFA artıq rəqib axtarışına çıxıb.
Martda növbəti dünya çempionatının seçmə mərhələsi start götürəcək. Canni De Byazi bunu nəzərə alaraq, federasiyadan həmin vaxtadək minimum yoxlama görüşünün təşkilini istəyib.
Qurum bir neçə Avropa və Asiya ölkəsinə bununla bağlı təklif göndərib. Qarşılaşma gələn ilin ilk ayının son 4 günü ərzində keçiriləcək. Yəni, yanvarın 28-31-i aralığında.

