“Sabah”ın və Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, 23 yaşlı müdafiəçi maraqlı qrupda yer aldıqlarını deyib:
“Maraqlı qrupda yer aldıq. Bu komandalarla müxtəlif vaxtlarda qarşılaşmışıq. Yalnız İrlandiya bizim üçün yeni rəqibdi. Fikrimcə, bizi qarşıda maraqlı oyunlar gözləyir. Hər rəqiblə oynamaq olar. Əlimizdən gələni edəcəyik ki, matçlarımızdan müsbət nəticə ilə ayrılaq” (komanda.az).
Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində A qrupunda Portuqaliya, Lüksemburq, İrlandiya və Serbiya ilə mübarizə aparacaq.

