“Əgər qrupumuzda yalnız üç komanda – İrlandiya, Lüksemburq və Azərbaycan olsaydı, işimiz daha asan olardı“.
Sportinfo.az xəbər verir ki, Serbiya millisinin sabiq baş məşqçisi Lyubinko Druloviç belə deyib.
DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirən mütəxəssitsqrupda 2-ci yer uğrunda mübarizədən danışıb:
”İndi ikinci yer uğrunda əsas rəqibimiz İrlandiyadır. Onlar bizim üçün çox qeyri-münasib komandadır. Dublində onlara qalib gəldik, lakin final mərhələsinə rəqib çıxdı.
Kiçik oyunlar bizim üçün problem yaradır. Cəmi 8 oyunun olduğu qrupda səhv etməyə haqqımız yoxdur. İkinci yer uğrunda mübarizə aparmalı, mümkün qədər Portuqaliyaya təzyiq etməliyik. İkinci olmaq üçün hər şey öz əlimizdədir”.
Serbiya Lüksemburq, Portuqaliya, İrlandiya və Azərbaycan ilə birlikdə A qrupunda qərarlaşıb.

