"Münaqişə vaxtı ev oyunlarımızı Bakıda keçirmədik, bu isə bizim üçün böyük problem oldu".
Sportinfo.az xəbər verir ki, bu sözlər yığmamızın baş məşqçisi Canni De Byaziyə məxsusdur.
64 yaşlı çalışdırıcı İkinci Qarabağ müharibəsi dövründəki vəziyyətin millidəki işinə təsirsiz ötüşmədiyini söyləyib: "Pandemiya isə vəziyyəti daha da gərginləşdirir. Oyunçu problemin varsa, pandemiya dövründə yeni işə başlamaq asan deyil".

