"Hətta Azərbaycan millisi daha əvvəl bizi təəccübləndirib"

10 Dekabr 2020 00:42 Milli komanda 739
"Hətta Azərbaycan millisi daha əvvəl bizi təəccübləndirib"

"Kağız üzərində Portuqaliya favoritdir. Biz isə İrlandiya ilə 2-ci yer uğrunda mübarizə aparmalıyıq.

Mən isə düşünürəm ki, biz özümüz hər zaman digər komandalar üçün ən güclü rəqib olmuşuq".

bu fikirləri DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanın rəqiblərindən olan Serbiya yığmasının qapıçısı Marko Dmitroviç "24seven" nəşrinə müsahibəsində deyib.

Püşkün nəticəsini dəyərləndirən 28 yaşlı kiper 2021-ci ilin martında başlayacaq oyunlara hazırlaşmaq üçün kifayət qədər vaxt olduğunu bildirib:

"Rəqibləri, son seçmə mərhələdə baş verənləri analiz etməliyik. Hər oyuna ayrılıqda hazırlaşmalıyıq. Zəif rəqiblərlə əvvəlki görüşlərin bizə baha başa gəldiyini bilirik.

Hətta Azərbaycan millisi daha əvvəl bizi təəccübləndirib. Ümid edirəm ki, bu dəfə belə olmayacaq. Mart ayınadək sağlam və əla formada qalmalıyıq".

Azərbaycan millisi seçmə mərhələdə Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti