"Gələcəyin komandasını qurmağa çalışırıq" - Millimizin baş məşqçisi

9 Dekabr 2020 23:20 Milli komanda 606
"Gələcəyin komandasını qurmağa çalışırıq" - Millimizin baş məşqçisi

"Çox çətin qrupa düşdük. 5-ci səbətdən gəlmişik, qrupun sonuncu komandasıyıq.

Amma bunu dəyişdirmək üçün əlimizdən gələni edəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Sportiva" radiosuna açıqlamasında DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, komandası Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla matçlarda heç nə itirməyəcək: "Turnirə elə də çox olmayan oyunçu qrupu ilə başlayacağıq.

Çünki liqada cəmi 8 komanda çıxış edir. Amma 2000, 2001 və 2002-ci il təvəllüdlü futbolçulardan ibarət yığmalarda kifayət qədər yaxşı uşaqlar var. Gələcəyin komandasını qurmağa çalışırıq".

Azərbaycan seçmə mərhələdə Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq. 64 yaşlı baş məşqçi milli üzvlərinin təcrübəsizlikdən əziyyət çəkdiyini söyləyib:

"Çünki beynəlxalq səviyyədə rəqabət aparmaq üçün lazım olan keyfiyyət yoxdur. Digər tərəfdən, Azərbaycan Avropa İttifaqının üzvü olmadığı üçün futbolçular xarici çempionatlarda özlərinə yer tapmaqda çətinlik çəkirlər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti