Azərbaycan İspaniya ilə bir qrupa düşdü

9 Dekabr 2020 14:00 Milli komanda 843
Azərbaycan İspaniya ilə bir qrupa düşdü

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, Samir Əliyevin baş məşqçilik etdiyi yığma Lüksemburq, Belçika və İspaniya ilə birlikdə 8-ci qrupda yer alıb.

Seçmə mərhələdə hər qrupdan iki komanda və yaxşı nəticəsi olan üçüncü yerin sahibi elit mərhələyə yüksələcək. Portuqaliya elit raunddan mübarizəyə qoşulacaq.

Ev sahibi Slovakiya birbaşa 2022-ci ildə keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Qarşılaşmalar 30 avqust - 16 noyabrda olacaq.

Azərbaycanın əsas milli komandası dünya çempionatının seçmə mərhələsində, U-17 yığması isə Avropa çempionatının seçmə mərhələsində Lüksemburqa rəqib olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti