Belçika, Lüksemburq, Norveç - Azərbaycanın yeni rəqibləri

9 Dekabr 2020 13:40 Milli komanda 1 149
Belçika, Lüksemburq, Norveç - Azərbaycanın yeni rəqibləri

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, Miloş Velebitin baş məşqçilik etdiyi yığma Lüksemburq, Norveç və Belçika ilə birlikdə 3-cü qrupda yer alıb.

Qarşılaşmalar 1 iyul - 16 noyabrda olacaq Seçmə mərhələdə hər qrupdan iki komanda və 4 ən yaxşı nəticəsi olan üçüncü yerin sahibi elit mərhələyə yüksələcək.

Niderland və İspaniya elit raunddan mübarizəyə qoşulacaq. Ev sahibi İsrail birbaşa 2022-ci ilin mayında keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti