Qətər şeyxi Azərbaycanın qrupu haqda: "Bu, ideal fürsətdir"

9 Dekabr 2020 19:20 Milli komanda 1 262
Qətər şeyxi Azərbaycanın qrupu haqda: "Bu, ideal fürsətdir"

"Dünya çempionatının seçmə mərhələsində A qrupunda iştirak etmək və Portuqaliya kimi komandalara qarşı oynamaq yığmamızın performansını artırmaq üçün ideal fürsətdir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Qətər Futbol Assosiasiyasının prezidenti Şeyx Həməd bin Xəlifə bin Əhməd əl Tani qurumun rəsmi saytına açıqlamasında deyib.

Assosiasiya rəhbəri Qətər seçməsinin son illərdə əhəmiyyətli uğurlara imza atdığını vurğulayıb: "Bunlardan ən başlıcası 2019-cu ildə Asiya Kubokundakı layiqli qələbədir".

Qətər yığması A qrupunda Azərbaycan, Lüksemburq, Portuqaliya, Serbiya və İrlandiya ilə qarşılaşacaq. Asiya təmsilçisinin görüşlərinin nəticələri qrup oyunlarına təsir etməyəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti