"Xalqımız və ölkəmiz üçün necə oynamalı olduğumuzu göstərəcəyik"

9 Dekabr 2020 18:00 Milli komanda 647
"Xalqımız və ölkəmiz üçün necə oynamalı olduğumuzu göstərəcəyik"

“Bu qrupda bir çox çətinliklərlə üzləşəcəyik”.

Sportinfo.az xəbər verir ki, bunu Serbiya yığmasının hücumçusu Luka Yoviç deyib.

“Real”ın formasını geyinən ulduz futbolçu DÇ-2022-nin seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirib. Yoviç yer aldıqları A qrupunda yüksək yer tutacaqlarına inanır:

“Dünya çempionatına vəsiqə qazanmaq üçün mübarizə aparmaq, əlbəttə ki, asan olmayacaq. Ancaq özümə və komanda yoldaşlarıma güvənirəm.

Biz Serbiyayıq, ən yaxşı olmaq keyfiyyətinə sahibik. Xalqımız və ölkəmiz üçün necə oynamalı olduğumuzu göstərəcəyik.

Ümid edirik ki, hər matça bu cür yanaşacaq və Norveçə qarşı Osloda keçirdiyimiz matçdakı oyunları təkrarlayacağıq”.

Serbiya millisi seçmə mərhələdə Azərbaycan, Portuqaliya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti