“Püşkatmanın nəticəsindən razıyam.
Çox çətin ola bilərdi, ancaq eyni zamanda torbadan daha asan komandalar da çıxarmaq mümkün idi”.
Sportinfo.az xəbər verir ki, bunu Serbiya millisinin sabiq hücumçusu Nikola Lazetiç DÇ-2022-nin seçmə mərhələsində komandanın düşdüyü qrupu dəyərləndirərkən deyib.
Serbiya Futbol Assosiasiyası tərəfindən aşağı yaş qrupu üzrə milli komandaların direktoru vəzifəsinə gətirilən Nikola Lazetiç yer aldıqları A qrupunda şanslarının olduğunu düşünür:
“Kağız üzərində final mərhələsinə vəsiqə qazanmaq şansının real olduğunu görmək xoşdur. Seçmə mərhələyə iddialı qoşulmaq və mümkün olan ən yaxşı nəticəyə ümid bəsləmək vacibdir. Komandamızın bu qrupdakı potensialı ilə bağlı çox nikbinəm”.

