"Çətin qrupa düşmüşük. İlk pilləni Portuqaliya tutacaq.
İkinci yer uğrunda isə Serbiya və İrlandiya yığmaları mübarizə aparacaqlar".
Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşanın "sport.tvp.pl" saytına müsahibəsində deyib.
DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirən italiyalı mütəxəssis başçılıq etdiyi yığmanın favorit olmadığını bildirib:
"Əlimizdən gələni edəcəyik. Amma 5-ci səbətdən gəldiyimizi bilirik və favorit deyilik. Daha yaxşı oynamaq və potensialımızı tam açmaq üçün bacardığımız hər şeyi edəcəyik".
Azərbaycan millisi DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.

