FİFA Azərbaycan millisinin mübarizə aparacağı DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda dəyişiklik edib.
Sportinfo.az-ın məlumatına görə, ali qurum Qətər yığmasının da bu qrupda çıxış eləməsinə razılıq verib.
Belə ki, mundiala ev sahibliyi edəcək ölkə burada müsabiqədənkənar yarışacaq. FİFA Qətərin DÇ-ya daha yaxşı hazırlaşması məqsədilə belə bir addım atıb.

