"Azərbaycan yığmasının istedad baxımından göstərəcəyi az şey var"

9 Dekabr 2020 11:20 Milli komanda 936
"Azərbaycan yığmasının istedad baxımından göstərəcəyi az şey var"

“Yığmamızı Bakıya uzaq səyahət gözləyir”.

Sportinfo.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatında DÇ-2022-nin seçmə mərhələsinin püşkatması dəyərləndirilərkən yazılıb.

A qrupundakı bütün rəqiblər barədə tək-tək geniş məlumat dərc edilən məqalədə Azərbaycan yığması autsayder kimi göstərilib. Portuqaliyalılar yalnız uzun yol qət etməkdən narahatdırlar:

“Millətlər Liqasındakı son nəticələri və Avropadakı oyunçuları ilə Lüksemburq inkişafda olduğunu göstərdisə, Azərbaycan yığmasının istedad baxımından göstərəcəyi az şey var. Ancaq Azərbaycana qarşı oynamaq üçün uzaq və yorucu səyahət tələb olunur”.

Portuqaliya yığması A qrupunda Azərbaycan millisi ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti