"İnanın ki, istəyinə çatmasa, dayanmayacaq”

8 Dekabr 2020 10:40 Milli komanda 589
"İnanın ki, istəyinə çatmasa, dayanmayacaq”

“Kənardan bu qrup sanballı görünə bilər. Amma düzünü deyək ki, burada heç bir komanda Portuqaliya ilə müqayisə oluna bilməz”.

Sportinfo.az xəbər verir ki, bunu Serbiya millisinin sabiq baş məşqçisi Lyubinko Druloviç deyib.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkünü münasibət bildirən mütəxəssis Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupunu dəyərləndirib:

“Onların çox güclü komandası var. Avropa çempionu və Millətlər Liqasının qalibidir. Portuqaliyalılar qrupun favoritidir. O qədər geniş heyətə malikdirlər ki, seçmə mərhələyə 2 komanda buraxa bilərlər.

Kriştiano Ronaldo yığmadakı oyun və qol sayında rekordlar üçün vuruşur. İnanın ki, istəyinə çatmasa, dayanmayacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti