"Azərbaycanı udmaq bizim üçün çətin olmamalıdır”

8 Dekabr 2020 09:20 Milli komanda 910
"Azərbaycanı udmaq bizim üçün çətin olmamalıdır”

“Püşkatma təhlil üçün deyil, onlarla oynamaq və qalib gəlmək üçündür. Bizim üçün çətinlik olmamalıdır”.

Sportinfo.az xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş deyib.

O, Azərbaycanla rəqib olduğu DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib: “AVRO-2020-nin seçmə mərhələsində Serbiya ilə oynamışıq.

Düzdür, əvvəl onlarla, sonra Ukrayna ilə heç-heçələrlə işimizi çətinləşdirmişdik. Əsas yaxşı hazırlaşmaqdır. Həm də təqvim uğurlu olmalıdır. Dünya çempionu adına iddia etmək üçün mərhələni adlamalıyıq. Portuqaliya böyük favoritdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti