Marko Panteliç: "Azərbaycan yığması ilə çoxdandır oynamırıq"

7 Dekabr 2020 23:00 Milli komanda 989
Marko Panteliç: "Azərbaycan yığması ilə çoxdandır oynamırıq"

"Püşkün nəticəsi bizi qani edir".

Sportinfo.az xəbər verir ki, bunu Serbiya Futbol İttifaqının vitse-prezidenti Marko Panteliç DÇ-2022-nin seçmə qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Veteran futbolçu dünya çempionatına birbaşa vəsiqə qazanmaq istədiklərini bildirib: "Portuqaliya çoxdankı tanışımızdır. Bu komanda ilə əvvəlki seçmə tsikllərdə də qarşılaşmışıq.

Sözsüz ki, bizi iki güclü və maraqlı oyun gözləyir. İrlandiya ilə də yaxşı tanışıq. Onların özlərinə məxsus üslubları var və on illərdir inkişaf etdirirlər.

Avropa çempionatının seçmə mərhələsində rəqibimiz olmuş Lüksemburqu yaxşı tanıyırıq. Azərbaycan yığması ilə çoxdandır oynamırıq.

Amma bu, sözsüz ki, maksimal nəticəyə nail olmaq istədiyimiz rəqiblərimizdəndir. Əlbəttə, qrupda birinci yer uğrunda mübarizə Portuqaliya və Serbiya arasında gedəcək".

Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq və Azərbaycan yığmaları A qrupunda yer alacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti