Gözümüzə kül üfürən, "xırda balıqlar"la baş qatan De Byazi və ya 7 qələbə ilə 7-ci cəhd

7 Dekabr 2020 16:40 Milli komanda 784
Gözümüzə kül üfürən, "xırda balıqlar"la baş qatan De Byazi və ya 7 qələbə ilə 7-ci cəhd

Bu gün DÇ-2022-nin seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, tarixində 7-ci dəfə mundial yolçuluğuna çıxacaq Azərbaycan millisi də seçmə oyunlardakı rəqiblərini tanıyacaq.

Komandamız heç vaxt olmadığı qədər iddialıdır. Buna da səbəb yığmanın baş məşqçisi təyin olunandan indiyədək iddialı açıqlamalardan başqa heç nəylə yadda qalmayan Canni de Byazidir.

İtaliyalı mütəxəssis Millətlər Liqasının Lüksemburq və Monteneqro kimi “xırda balıqlar”la oyunlarındakı uğursuzluqların səbəbini izah etməkdənsə, millini final mərhələsinə daşımaq barədə şirin vədlər verməkdə davam edir.

Amma de Byazini də, onun iddialı açıqlamalarını da kənara qoyub tarixə baxsaq, dünya çempionatlarının seçmə mərhələləri bizə ümid vermir.

7-ci cəhd ərəfəsində yığmanın cəmi 7 qələbəsi var. 6 tsikldə keçirilən 58 oyunda cəmi 7 qələbə.

Final mərhələsinə birbaşa vəsiqə qazanan qrup qalibləri təxminən elə 7 qələbə ilə buna nail olur. Bəzən bu da bəs etmir. Bir sözlə, yığmamızın 6 tsikldəki nəticəsini bir seçmə mərhələdə qazanmaq əsl iddialılar üçündür.

Aktivində 14 heç-heçə olan yığma bu müddətdə 37 dəfə məğlubiyyətlə üzləşib. Top fərqi isə daha acınacaqlıdır. 29 qol vuran futbolçularımızı az qala 4 qat artığını buraxıb – 104 qol.

3, 5, 9, 10.... Son 4 tsikldə artım dinamikası müşahidə olunur. Bu göstəricinin yenə artmasına inam az olsa da, yaxşıya ümid etmək mümkündür. Amma nə qədər artım olacaq? 1-2, yoxsa 3? Cüzi artımın mövqe baxımından sıçrayış üçün yetərli olmadığı bəllidir. Deməli, xal baxımından da möcüzə reallaşmalıdır.

6 mərhələdən ilk üçündə sonuncu yeri tutan millimiz növbəti illərdə daha yaxşı çıxış edib. İki dəfə rəqiblərindən birini qabaqlayan yığma DÇ-2014-ün seçmə mərhələsində 6 komanda sırasında 4-cü olmağı bacarıb (apasport).

turnir

O

Q

H

M

T/F

X

yer/komanda

DÇ-1998

8

1

0

7

3-22

3

5/5

DÇ-2002

10

1

2

7

4-17

5

6/6

DÇ-2006

10

0

3

7

1-21

3

6/6

DÇ-2010

10

1

2

7

4-14

5

5/6

DÇ-2014

10

1

6

3

7-11

9

4/6

DÇ-2018

10

3

1

6

10-19

10

5/6

58

7

14

37

29-104

35

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti