Onları da Azərbaycan millisində görəcəyik – XÜSUSİ RAZILAŞMA

7 Dekabr 2020 13:00 Milli komanda 1 573
Onları da Azərbaycan millisində görəcəyik – XÜSUSİ RAZILAŞMA

Millimizə yeni futbolçuların cəlb olunacaq.

Sportinfo.az-ın məlumatına görə, bu, AFFA rəhbərliyi ilə Canni De Byazinin arasında keçirilən görüşdə razılaşdırılıb.

Söhbət ölkə xaricində dünyaya gələn və çıxış edən soydaşlarımızdan gedir. Avqustdan bəri yığmada işə başlayan italyanın heyətin gücləndirilməsinin vacibliyini qeyd edib.

O, əsasən Premyer Liqa klublarının təmsilçilərindən formalaşdırılan komandanın hansısa ciddi hədəflər uğrunda mübarizə aparmasının çətin olduğunu vurğulayıb.

64 yaşlı çalışdırıcı müxtəlif ölkələrdə yaşayan əslən azərbaycanlı futbolçuların millini gücləndirə biləcəyini söyləyib.

Bu görüşmənin nəticəsi olaraq, Rusiya və Ukraynanın həm yüksək, həm də aşağı dəstə klubblarında forma geyinən gənc həmyerlilərimizin siyahısı hazırlanıb.

O cümlədən, Türkiyə və Almaniya doğumlu bir qrup futbolçunun adı (hansılar ki, Azərbaycanın şərəfini qoruya bilər) həmin siyahıya əlavə edilib.

De Byazi bu ilin sonunadək onların oyunlarını nəzarətdə saxlayıb, bir qədər də əlavə məlumat toplayandan sonra seçim etməlidir. AFFA isə yanvardan başlayaraq, həmin futbolçularla danışıqlara keçəcək və Azərbaycan yığmasının şərəfini qorumağa razı salmağa çalışacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti