Adətən, hər ilin sonunda AFFA İcraiyyə Komitəsi (İK) bir araya gəlir.
Bu, illərdir dəyişməyən qaydadır.
İndinin özündə də bir çcx məsələlər var ki, onlara ali orqanın qiymət verməsi gərəkdir.
Məsələn, UEFA Millətlər Liqasında uğursuz mövsüm keçirən yığmanın, eləcə də U-21-in baş məşqçisi ilə bağlı. İstər Canni de Byazi, istərsə də Milan Obradoviç hesabat verməlidir.
İK-nin budəfəki toplantısı hansı gün baş tutacaq? AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla Sportinfo.az-ın sorğusuna caıvab olaraq bunları deyib:
«İcraiyyə Komitəsinin ilin yekunu ilə bağlı iclasından hələki məlumat yoxdur. Çünki nizamnaməyə görə, il ərzində İK-nın minimum 4 dəfə iclası olmalıdır.
Bu il 4 dəfədən də çox olub. Növbəti iclasın olub-olmaması ilə bağlı növbəti həftələrdə qərar veriləcək. Bildiyimiz kimi, pandemiya ilə bağlı əvvəldən planlaşdırılan çox şeyi həyata keçirmək olmur».

