Aynişan idmançı həyat yoldaşından ayrılıb?

10 Avqust 2020 14:36 Maraqlı 2 227
Aynişan idmançı həyat yoldaşından ayrılıb?

Müğənni və bloger Aynişan Quliyeva idmançı həyat yoldaşı Kənan Əliyevi “Instagram”da izləmədən çıxarıb.

Sportinfo.az xəbər verir ki, K.Əliyev də öz növbəsində A.Quliyevanı və qayınanası Aybəniz Haşımovanı “Instagram”da “unfollow” edib.

Aybəniz Haşımova, eyni zamanda, qızının toyu ilə bağlı bütün paylaşımları sosial media hesabından silib.

A.Quliyeva və K.Əliyev isə “Instagram”da toylarından yalnız özləri görünən kadrları saxlayıb. İzləyicilər cütlüyün ayrıldığını iddia ediblər.

Cütlük ötən ilin dekabrında nişanlanıb. Onların toyu bu ilin fevralında baş tutub.

Digər Xəbərlər
Xəbər Lenti