Baş məşqçiyə əl qaldırdı, üzr istəməkdən boyun qaçırdı, CƏRİMƏLƏNDİ!

09:40 Qəbələ 241
Baş məşqçiyə əl qaldırdı, üzr istəməkdən boyun qaçırdı, CƏRİMƏLƏNDİ!

Turan Manafovun «Qəbələ»nin əsas komandasından uzaqlaşdırılmasından xəbərdarsız.

Dünən yaydığımız şok informasiya, gözlədiyimiz kimi, böyük rezonans doğurub.

Hadisənin motivi budur ki, «qırmızı-qaralar»ın bu ilin yanvarında icarəyə götürdüyü müdafiəçi baş məşqçiyə fiziki təzyiq göstərib.

Səbəb Kaxaber Sxadadzenin onu təhqir etməsidir. Belə ki, gürcüstanlı çalışdırıcı hazırlıq əsnasında verdiyi tapşırığı lazımı səviyyədə icra etməyən oyunçunün ünvanına ağır söyüş işlədib.

Bunu eşidən Manafov mütəxəssisin üzərinə yeriyib, ona cavab qaytarmaqla yanaşı, əl qaldırıb.

Dava-dalaş komanda üzvlərinin sayəsində tez yatrılıb. Odur ki, rəhbərlik Sxadadzenin raportu əsasında sol cinah oyunçusunu düşərgədən kənarlaşdırıb.

Bu olayın üstündən o, böyük miqdarda cərimələnib. Baş məşqçidən komanda içində üzr istəməsi tələb olunub, razılaşmayıb.

Manafov müqavilə ilə “Stellenboş”a məxsusdur. 27 yaşlı müdafiəçi ötən ilin yayında Cənubi Afrika Respublikasının (CAR) klubu ilə 3 illik kontrakt bağlayıb.

Bu anlaşma 2028-ci ilin iyununa qədər qüvvədədir. U-21 yığmamızın sabiq üzvünun “Qəbələ“ ilə icarə sövdələşməsi iyunadək nəzərdə tutulub.

Əyalət təmsilçisi ona may ayının maaşını ödəyəcək. Manafov istəyrsə, qarşıdakı 1 ayı əvəzedici heyətin sıralarında məşq edərək keçirə bilər.

8000 dollar maaş qarşılığında “qırmızı-qaralar“ın təklifini qəbul etmiş Turan sonuncu dəfə martın 21-də meydana çıxıb.

O, həmin gün Premyer Liqanın 25-ci turu çərçivəsində “Turan Tovuz“la keçirilən səfər matçının 67-ci dəqiqədə Nuğay Rəşidovun əvəzinə yaşıl sahəyə ayaq basıb. Axır dörd turda isə onun adı iştirak ərizəsinə salınmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!