“Aşağı liqada daha çox qol vura bilərsiz, amma Premyer Liqada daha təcrübəli və keyfiyyətli oyunçularla qarşılaşırsız”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin qanalı legioneri İsaak Amoah deyib.
25 yaşlı müdafiəçi Premyer Liqanın səviyyəcə I Liqadan xeyli güclü olduğunu bildirib:
“Onlar oyunu daha yaxşı oxuyurlar. Bundan əlavə, komandanın heyəti də dəyişib.
Mövsümün əvvəlində fərqli çempionatlardan gələn oyunçuların uyğunlaşması çətin oldu. Qış fasiləsində heyət gücləndirildi, amma hələ də adaptasiya prosesi davam edir.
Üstəlik, komandada çoxlu zədəlilər var və bu da çıxışımıza ciddi təsir edir.
Qarşıda 4 oyunumuz qalıb və Premyer Liqada qalmaq üçün maksimum nəticə qazanmağa çalışacağıq”.

