“Çelsi”nin sabiq baş məşqçisi Enzo Mareska yay transfer dövrü ilə bağlı “Mançester Siti”nin qarşısına şərt qoyub.
Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, mövsümün sonunda “şəhərlilər”in baş məşqçisi Pep Qvardiolanı əvəz etməsi gözlənilən italiyalı çalışdırıcı “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesi istəyir.
Mareska hesab edir ki, argentinalı oyunçu yayda “Mançester Siti”nin əsas hədəfi olmalıdır.
25 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 49 oyunda meydana çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə verib.

