Cerrardın xidmətində daha bir klub maraqlıdır - Aşağı liqadan

28 Aprel 22:00 İngiltərə 773
Cerrardın xidmətində daha bir klub maraqlıdır - Aşağı liqadan

İngiltərə millisinin və “Liverpul”un sabiq yarımmüdafiəçisi Stiven Cerrard yenidən ölkəsində baş məşqçi kimi işə başlaya bilər.

Sportinfo.az “İndependent”-ə istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssisin xidmətində “Bristol Siti” maraqlıdır.

Çempionşipdə çıxış edən “Bristol Siti” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Komandaya hazırda Roy Hodson rəhbərlik edir.

Bundan əvvəl mətbuatda cari mövsümün sonunda Premyer Liqanı tərk edəcək “Bernli”nin də Cerrardı baş məşqçi postuna gətirmək istədiyi barədə məlumatlar yayılmışdı.

İngiltərəli mütəxəssisin son iş yeri Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubu olub. O, “Reyncers” və “Aston Villa” komandalarını da çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?