Məşhur futbolçunun sevgilisinin evinə hücum etdilər, əllərinə keçəni oğurladılar

8 Noyabr 2023 10:20 Hadisə 885
Məşhur futbolçunun sevgilisinin evinə hücum etdilər, əllərinə keçəni oğurladılar

“Əl-Hilal”ın hücumçusu Neymarın sevgilisi Bruna Biankardinin evi cinayətkarların hücumuna məruz qalıb.

Sportinfo.az xəbər verir ki, hücum edənlər qızıl-zinət əşyaları və bahalı saatlar oğurlayıblar.

Onlar Biankardinin valideynlərini bağlayıblar və bir neçə dəfə qızlarının harada olduğunu soruşublar.

Oğurluq edənlərdən biri saxlanılıb, qalanları isə qaçıb.

Neymar oktyabrın 18-də, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvaya qarşı oyununda (0:2) ciddi zədə alıb.

Forvardın sol dizində çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub. Onun bərpasının altı aydan çox çəkəcəyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!