Kamerun millisinin sabiq forvardı Bakıda - FOTOLAR

1 Yanvar 2023 11:40 Maraqlı 2 223
Kamerun millisinin sabiq forvardı Bakıda - FOTOLAR

"Şamaxı"nın sabiq hücumçusu Anatoli Abanq ölkəmizə gəlib.

Yəqin ki, hamının ağlına gələn ilk sual eyni oldu - Görəsən, hansı klubumuzla danışıq aparır?

Amma onun Bakıya dönüşündə məqsəd heç də karyerasını burada davam etdirmək deyil.

Kamerun millisin sabiq forvardının Azərbaycana budəfəki səfəri Yeni İli burada qarşılamaq istəyidir.

O, 31 dekabr gecəsini paytaxtımızda keçirib.

Bu da səbəbsiz deyil. 26 yaşlı futbolçunun həyat yoldaşı azərbaycanlı xanım Adelia Hacıyevadır.

Cütlüyün 1 oğlan övladı da var.

Abanq 2021-22 mövsümündə "Şamaxı"nın (Əvvəlki adı "Keşlə") şərəfin qoruyub.

Təcrübəli futbolçu ölkəmizdən ayrıldıqdan sonra karyerasını Birləşmiş Ərəb Əmirliyinin "Əl Bataeh" komandasında davam etdirir.

Premyer Liqa təmsilçilərimizdən daha əvvəl onu heyətinə qatmaq istəyənləri olub. Lakin əcnəbi oyunçunun yüksək məvacib tələbi buna mane olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!