Qurban Qurbanovu sevindirən "Şah", kədərləndirən ispan

18 Sentyabr 2021 11:40 Köşə 1 134
Qurban Qurbanovu sevindirən "Şah", kədərləndirən ispan

İbrahimma Vadji?

Hə, «Qarabağ»a gərəkli hücumçudur.

Transferində əziyyəti olanlara alqış düşür. Seneqallı son vuruşlarda panika yaşamasa, hər oyunda qol vurar.

Həə, bir də o «Şah»… «Qarabağ»ın gözünün aşığı, xilaskarı. Bappalaca boyu var, gəl, komandanın yarısıdır.

Şahruddini olan məşqçi xoşbəxtdir. O, elə epizodlarda «Bazel»in hücumçularını qoldan məhrum etdi, elə epizodlarda oyuna qoşuldu ki…

Sözsüz, Emil Balayev onu ehtiyatda gözlətdiyi üçün «Şah»ı ürəyində «asıb-kəsmir».doğurusu da budur, onun tərəfindən.

«Şah» həqiqətən «1 nömrə»dir və arxa xəttin lideridir.

Xayme Romeronun sıradan çıxması «Bazel»lə qarşılaşmadan qalan ən pis xatirədir. İspniyalı yarımmüdafiəçi yeni-yeni özünə gəlmiş, ideal formaya yaxınlaşmışdı.

Bakıda «Aberden»ə vurduğu qolla Konfrans Liqasının qapısını yarıyadək aralamış vingerin «Qarabağ» azarkeşlərinin ürəyini yenidən fəth etməyə başladığı bugünlərdə təkrar zədə alması ən çox Qurban Qurbanovu kədərləndirdi.

Baş məşqçinin taktiki planlarınıda Romeronun yeri bir başqadır, ondan gözləntiləri daha çoxdur.

Qurbanov Romeronu komandasının «kilid ismi» simasında görürdü və belə bir futbolçunun qarşıdakı 6 ayda meydana çıxa bilməməsi dəngələri dəyişdirəcək səviyyədə böyük itkidir.

KAMİL

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!