Bakı klubuna pul vəd olunmamışdı, amma… 40 minlik jest

27 Aprel 2021 16:20 Şamaxı 1 753
Bakı klubuna pul vəd olunmamışdı, amma… 40 minlik jest

“Keşlə”nin Premyer Liqadakı qələbəsiz oyunlar seriyası bu həftə qırıldı.

Qəsəbə təmsilçisi XXIV turda “Səbail”ə 1:0 hesabı ilə qalib gəlli.

Sənan Qurbanovun rəhbərliyi altında ilk çempionat qələbəsini bayram edən bakılılar sonuncu dəfə 9-cu turda üç xala sevindi. Ötən il noyabrın 7-də evdə “Qəbələ”ni 3:1 hesabı ilə üstələyən “Keşlə” 14 matçlıq qələbəsizliyə 169 gündən sonra son qoydu.

Bu hadisə sabiq “bankirlər“ə 40 min manat qazandıracaq. Məsələ orasındadır ki, klub rəhbərliyi ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşü öncəsi futbolçuları bu cür motivasiya etmək fikrindədir.

Baxmayaraq ki, “Səbail“lə qarşılaşmadan əvvəl kollektivə mükafat və onun məbləği haqda heç bir vəd verilməyib. İndi isə komandanı “Zirə“ ilə çox vacib matç gözləyir.

“Keşlə“nin ilk mücadiləni 1:2 hesabıyla uduzmasını xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti