COP29

Yeni baş məşqçi kluba böyük miqdarda pul bağışladı

10 Sentyabr 15:00 Kəpəz 7 315
Yeni baş məşqçi kluba böyük miqdarda pul bağışladı

«Kəpəz»in yeni baş məşqçisi Azər Bağırov klubun büdcəsinə qənaət edib.

Yaxınlarda Adil Şükürovdan boşalan vəzifəyə əyləşən və 2 illik müqaviləyə imza atan mütəxəssis maliyyə sarıdan sıxıntılar yaşayan «sarı-göylər»i hər ay 10 min manat irəli salıb.

O, özünün və köməkçiləri üçün nəzərdə tutulmuş ümumi maaş fondunu bu qədər aşağı salıb. Özündən əvvəlki çalışdırıcıdan fərqli olaraq, pul davası etməyən Bağırov həmin vəsaitin digər problemlərin həlli üçün xərclənməsini istəyib.

Sabiq "Araz-Naxçıvan"lı mövsümün sonunadək 6500 manat civarında əməkhaqqı alacaq. Bu isə Premyer Liqada ən aşağı göstəricidir.

Yəni ki, elitanın 10 iştirakçısı arasında ondan aşağı məvacib alan olmayacaq.

Müqayisə üçün deyək ki, Azər Bağırovdan öncə «Kəpəz»i çalışdıran Adil Şükürovun məvacibi 9000 manat təşkil edib.

Klub rəhbərliyi qeyri-qənaətöəxş nəticələrə görə müqaviləsinə birtərəfli qaydada xitam verdiyi sükançıya 20 min manata yaxın təzminat ödəyib.

SPORTİNFO.AZ

Yeni baş məşqçi kluba böyük miqdarda pul bağışladı

Digər Xəbərlər
Xəbər Lenti