"Kəpəz"in legionerlərini, elə bil, Braziliyanın çimərliklərindən tapıb gətiriblər".
Bu fikirlər ATV kanalında yayımlanan “Futbolumuz” vcrlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
O, Premyer Liqda məğlubiyyətlərı sıralayan Gəncə təmsilçinin çox çətin vəziyyətlə üzləşdiyini bildirib.
Tanınmış telejurnalist Adil Şükürovun dövründə aparılan transfer siyasətinin komandanı turnir cədvəlinin son pilləsinə sürüklədiyini söyləyib.
Klubun büdcəsinin ötən illərdəki kimi yenə aşağı olmasını, bununla belə, heç vaxt indiki kimi pis oyunçuların alınmadığını xatırladıb.
Qeyd edib ki, yeni gələn əcnəbilər həvəskar təsir bağışlayır və “Kəpəz”in adına qətiyyən yaraşmırlar.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: