
Zinəddin Zidan məşqçilik karyerasında hansı futbolçuların ona daha çox təsir etməsi ilə bağlı sualı cavablandırıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Məni ehtiyat oyunçular skamyasından tullanmağa vadar edən futbolçular? Kərim Benzema və Luka Modriç.
Onlar həmişə topu itirmək üzrə olublar, amma həmişə onu saxlamağın bir yolunu tapıblar. Onlar məni dəli edirdilər, oyunun gedişatını dəyişməkdə çox ustadırlar”.
Zidan baş məşqçi kimi ancaq “Real”da çalışıb.