
Madrid “Real”ı Karlo Ançelottinin yerinə yeni baş məşqçi təyin etməyə çalışır.
Sportinfo.az xəbər verir ki, namizədlər siyahısına iki argentinalı – Marselo Qalyardo və Maurisio Poçettino, “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan, həmçinin “Bayern”in keçmiş çalışdırıcısı Julian Naqelsmann daxildir.
Daha əvvəl Ançelottinin Braziliya millisinə rəhbərlik etməyə yaxın olduğu bildirilmişdi.
Həmçinin bildirilir ki, “Real” bu mövsüm bir kubok qazanmasa, 63 yaşlı italiyalı mütəxəssis istefaya göndəriləcək.
Madrid klubu 26 turdan sonra İspaniya La Liqasında “Barselona”dan 12 xal geri qalır.