Separatçılar bu yerdə sülhməramlılara atəş açdı - Ölən və yaralanan var

22 Sentyabr 2023 15:50 Hadisə 902
Separatçılar bu yerdə sülhməramlılara atəş açdı - Ölən və yaralanan var

Qanunsuz erməni silahlıları Rusiya Federasiyasının Sülhməramlı Kontingentinə məxsus avtomobili atəşə tutub.

Bu haqda Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sentyabrın 20-də Azərbaycanın Tərtər rayonunun Canyataq kəndi ərazisində RSK-ya məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb.

Faktla bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Digər Xəbərlər
Xəbər Lenti