“Qarabağ fatehləri“ndən növbəti XOŞ XƏBƏR – Bu çempionatda da iştirak edəcəklər!

26 May 2023 14:40 Hadisə 1 938
“Qarabağ fatehləri“ndən növbəti XOŞ XƏBƏR – Bu çempionatda da iştirak edəcəklər!

2022-ci ilin sentyabrında yaradılan “Difai“FK-dan yeni xəbər var.

Region Liqasında uğurlu mövsüm keçirən, ikinci ilində I Divizionda mübarizə aparmaq istəyən Qarabağ qazilərinin klubu inkişafın növbəti mərhələsinə qədəm qoyub.

Qarabağ savaşında döyüşmüş gənclərin idman sektorunda əsas istinadgahına çevrilən “Difai“ futbol və futzalla yanaşı, minifutbolda da varlıq göstərəcək.

Biz bu adı gələn sezon minifutbol üzrə Azərbaycan çempionatında da görəcəyik.

I Qarabağ müharibəsində ermənilərə qarşı vuruşmuş qazi, ehtiyatda olan polkovnik Asəf Məlikovun prezidenti vəzifəsini daşıdığı klub yeni layihədən irəli gələn məsələlərin həlli istiqamətində konkret addımlar atıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti