COP29

"Azərbaycanın ərazi bütövlüyünü tanıyıram..." - Erməni AÇIQLADI

25 May 2023 19:30 Hadisə 577
"Azərbaycanın ərazi bütövlüyünü tanıyıram..." - Erməni AÇIQLADI

"Mən baş nazirin mətbuat konfransındakı bəyanatlarını diqqətlə dinlədim və Nikol Paşinyanın sülh gündəmini tamamlamaq səylərinə tam dəstəyimi bəyan edirəm.

Sülh gündəmimizi iki əllə müdafiə edəcəyəm, bu proses Azərbaycan ilə sülhə gətirib çıxaracaq".

Bu sözləri “Mülki müqavilə” partiyasından olan deputat Qurgen Arsenyan deyib.

Deputat qeyd edib ki, Paşinyanın siyasətinə dəstək verir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

"Biz sülh yolunda atılan bütün addımları alqışlayır, bu prosesi başa çatdırmaqda olduqca qərarlıyıq. Və xüsusilə qeyd edirəm ki bu, Ermənistan xalqı qarşısında ən böyük missiyamızdır." , - deyə o bildirib.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"