“Ermənilərin yaydığı bu məlumat yalandır” - Müdafiə Nazirliyi

23 May 2023 12:10 Hadisə 485
“Ermənilərin yaydığı bu məlumat yalandır” - Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi (MN) Ermənistan tərəfinin yaydığı əsassız iddialara cavab verib.

Bu barədə MN-dən verilən məlumatda bildirilib.

“Mayın 23-ü guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat yalandır, bu məlumatı qəti surətdə təkzib edirik”, - rəsmi məlumatda vurğulanıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!