
Afrika Millətlər Kubokunun seçmə mərhələsinin matçları davam edir.
Sportinfo.az xəbər verir ki, CAR millis 4-cü tur çərçivəsində Liberiyanın qonağı olub. L
iberiyalılar evdə rəqibinə 2:1 qalib gəlib.
"Turan Tovuz"un müdafiəçisi Siyanda Xulu CAR-ın heyətində bu görüşdə də 90 dəqiqə meydanda olub.
Liberiya millisinin formasını geyinən "Sumqayıt"lı Terrens Tisdell isə meydana start heyətində çıxsa da, fasilədən sonra əvəzlənib.
Ötən həftdə komandalar arasında keçirilmiş görüş 2:2 hesabı ilə başa çatmışdı.