Teymur Rəcəbov: "Ronaldo ilə görüşən model qız danışırdı ki…"

1 Aprel 2023 02:30 Hadisə 2 838
Teymur Rəcəbov: "Ronaldo ilə görüşən model qız danışırdı ki…"

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov portuqaliyalı futbolçu Kriştiano Ronaldonun pərəstişkarı olmasından danışıb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə “championat.com”a açıqlama verib.

“Mən Ronaldonun pərəstişkarıyam. Bir məqalə oxumuşdum,

Kriştiano ilə görüşən model biznesindən olan qız futbolçunun öz bədəninə necə qulluq etməsindən, hər uçuşdan sonra buzlu vanna qəbul etməsindən və “Real”da məşqə hamıdan əvvəl gəlməsindən və s. danışırdı.

O, super peşəkardır. O, öz idman növündə tamamilə qazandığı titullara layiq olan tarixi şəxsiyyətdir. Yüz minlərlə insan ondan nümunə götürür. Ronaldo nəyə nail olmağa örnək göstərib.

Elə təsəvvür var ki, Ronaldonun karyerası heç də gözlənildiyi kimi başa çatmır. O, çox şeyə nail olub, lakin dünya çempionatını qazanmağa...

Futbol – komanda oyunudur. Qətərdə Argentina yığması əla oynadı. Lakin çox şey bəxtin gətirməsindən də asılıdır.

Əgər fransızlar son saniyələrdə 100 faizlik fürsət reallaşdırsaydılar, o halda biz indi deyərdik ki, Messi artıq heç vaxt dünya çempionu titulunu qazanmayacaq.

Bu titulu isə Ronaldo qazana bilmir. Lakin o, idman həyatını möhtəşəm yaşayıb”.

Digər Xəbərlər
Xəbər Lenti