İlham Əliyev açıq şəkildə dedi ki...

30 Mart 2023 08:40 Hadisə 360
İlham Əliyev açıq şəkildə dedi ki...

“Biz uzun müddət xəbərdarlıq edirdik.

Bizim narahatlığımız ondan ibarət idi ki, azğınlaşan Ermənistan Azərbaycan torpaqlarından istifadə edərək Qarabağı silahla təmin edir və açıq şəkildə bəyan edir ki, bu, humanitar yükdür.

Biz Laçın yolunun şimalını nəzarət altına almışıq və tamamilə haqlıyıq”.

Bu sözləri musavat.com-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

fikret_sadiqov_250818.jpg (85 KB)

Politoloq vurğulayıb ki, biz öz torpağımızda nəzarət məntəqələri də qurmalıyıq:

“Bu proses artıq başlayıb. Hesab edirəm ki, bizim mövqeyimiz ardıcıl və şəffafdır. Biz heç bir dövlətə, heç bir qüvvəyə öz torpaqlarımızda kimisə silah-sursatla təmin etmək imkanı verməyəcəyik. Ermənistan bunu bilməlidir. Ölkə başçısı İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığı zamanı açıq şəkildə dedi ki, İrəvan yalan danışır. Ona görə də düşünürəm ki, biz bundan sonra da bu siyasətimizi davam etdirəcəyik. Bu proses bundan sonra da hücumedici formada davam etməlidir”.

“Rusiyanın təhdid dolu bəyanatları gedişatı dəyişə bilərmi?” sualına politoloq belə cavab verib:

“Rusiya böyük gücdür və onun qoşunları bizim torpaqlarımızdadır. Hər halda bilməliyik ki, Rusiya Azərbaycana qarşı istənilən addımı ata bilər. Biz buna hazır olmalıyıq. Bizim hazırlığımız ondan ibarət olmamalıdır ki, Rusiya ilə savaşa girməliyik və genişmiqyaslı bir müharibə aparmalıyıq. Biz diplomatik, siyasi və hərbi addımlarımızı daha da gücləndirməliyik. Düşünürəm ki, Rusiyanın dünənki bəyanatının arxasında heç bir reallıq yoxdur. Biz Rusiya ilə müxtəlif istiqamətlərdə işləməliyik. İmkan verməməliyik ki, onlar Azərbaycana qarşı təxribatlar törətsinlər. Biz Rusiyaya qarşı heç bir addım atmırıq. Biz torpaqlarımızın qurulması istiqamətində addımlar atırıq”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"