Fərid Qayıbov AFFA-nın baş katibi və veteran futbolçuları qəbul etdi - FOTOLAR

7 İyul 2022 11:00 Hadisə 691
Fərid Qayıbov AFFA-nın baş katibi və veteran futbolçuları qəbul etdi - FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov bir qrup futbol veteranı ilə görüş keçirib.

Sportinfo.az xəbər verir ki, veteranları salamlayan F.Qayıbov onlarla ölkə futbolunun vəziyyəti barədə müzakirələr aparıb.

Oqtay Abdullayev, Maşallah Əhmədov, Tərlan Əhmədov, Novruz Əzimov, Arif Əsədov, Asim Xudiyev və digərləri ölkə çempionatı, klublar və milli komanda ilə bağlı fikirlərini bildiriblər.

Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və AFFA-nın baş katibi Sərxan Hacıyev də iştirak ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?