Ukrayna Baş Qərargahı: “Düşmən buradan qaçdı”

23 İyun 18:10 Hadisə 337
Ukrayna Baş Qərargahı: “Düşmən buradan qaçdı”

“Ukrayna müdafiəçiləri Donetsk vilayətinin Maryinka bölgəsində düşmənin hücum cəhdlərini dayandırdılar, düşmən ərazidən qaçdı”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”da məlumat yayıb.

Qeyd olunur ki, Severodonetsk istiqamətində Ukrayna qoşunlarının bölmələrinin müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulması davam edir.

Bildirilir ki, Rusiya hərbçiləri Kramatorsk istiqamətində aktiv əməliyyatlar keçirməyib, təmas xətti boyunca toplardan, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən və minaatanlardan müdafiə qüvvələrinin mövqelərini atəşə tutublar.

Digər Xəbərlər
Xəbər Lenti
6 İyul 18:00 DEYİN, BƏYƏNDİZMİ?