
Gənclər və idman naziri Fərid Qayıbov Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı Çinə səfər edəcək.
Sportinfo.az xəbər verir ki, nazir Azərbaycan təmsilçilərinin olimpiadadakı çıxışlarını izləyəcək.
Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir.
Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq.
Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.