Mahir Emreli "Dinamo"nun formasını nə vaxt geyinəcək?

5 Fevral 2022 00:30 Hadisə 1 217
Mahir Emreli "Dinamo"nun formasını nə vaxt geyinəcək?

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin "Dinamo"da (Zaqreb) debüt edəcəyi tarix açıqlanıb.

Sportinfo.az "telegram.hr" saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu "İstra 1961" komandasına qarşı Xorvatiya çempionatının oyununda meydana çıxacaq.

Fevralın 6-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.

Polşa "Legiya"sı ilə vidalaşan Mahir Emreli "Dinamo" ilə 4,5 illik müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti