“Neftçi”nin baş məşqçisi yenə hakimi təhqir etdi, AFFA cəzasını artırdı

4 Fevral 2022 22:40 Hadisə 1 077
“Neftçi”nin baş məşqçisi yenə hakimi təhqir etdi, AFFA cəzasını artırdı

AFFA İntizam Komitəsi (İK) U-15 liqasında çıxış edən İFA komandasına texniki məğlubiyyət verib.

Sportinfo.az xəbər verir ki, buna komandanın diskvalifikasiya olunmuş futbolçusu Orxan Bayramovun "Zirə" ilə matçda start heyətdə meydana çıxması səbəb olub.

Bundan əlavə, İK “Neftçi” İK İB komandasının baş məşqçisi Şahin Şahüseynlinin cəzasını daha 6 oyun artırıb. Mütəxəssis 70-ci dəqiqədə cəzalı olduğu halda texniki zonaya daxil olaraq hakimləri təhqir edib.

Şahüseynli əvvəlki turda "Zirə" ilə qarşılaşmada hakimləri təhqir etdiyi üçün 5 oyun cəzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı