DƏHŞƏT! “Taliban” 20 yaşlı voleybolçu qızı edam etdi - FOTO

25 Oktyabr 2021 02:50 Hadisə 1 423
DƏHŞƏT! “Taliban” 20 yaşlı voleybolçu qızı edam etdi - FOTO

“Taliban” hərəkatının nümayəndələri Əfqanıstanda 20 yaşlı voleybolçu qızı edam edib.

Sportinfo.az “Nyu-York Post”a istinadən xəbər verir ki, talibançılar ölkədə idmanla məşğul olan şəxsləri xüsusi axtarışa verirlər və Kabilin voleybol klubunun ən yaxşı idmançılarından biri olan Mahcabin Hakimi də onlardan biri olub.

Radikal hərəkatın nümayəndələri həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində Hakimini tapıblar və onun başını bədənindən ayırıblar.

M.Hakiminin məşqçisinin sözlərinə görə, talibançılar qızın başını kəsdikdən sonra edam fotolarını sosial şəbəkələrdə yayıblar.

Bildirilir ki, voleybol klubunun iki üzvü ölkədən qaçmağı bacarıb. Bununla yanaşı, digər idmançılara və Mahcabin Hakiminin ailəsinə gənc idmançının ölümünə dair susmaq tapşırılıb və təhdid olunublar.

Bununla belə, gənc idmançının edam olunma tarixi ilə bağlı ziddiyyətli məlumatlar var. Belə ki, bir məlumata görə, Hakimi oktyabrın əvvəlində, digər məlumata görə isə “Taliban”ın Əfqanıstan paytaxtını ələ keçirməsindən əvvəl, avqustda öldürülüb.

Məşqçinin sözlərinə görə, Əfqanıstanda bir çox idmançı, xüsusilə də yerli və beynəlxalq müsabiqələrdə iştirak edən milli yığmanın qadın idmançıları ciddi təhlükə altındadır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”