Azərbaycanda belə oğurluq hadisəsi olmamışdı... “Pulunu veririk, qaytarsınlar”

21 İyul 19:20 Hadisə 429
Azərbaycanda belə oğurluq hadisəsi olmamışdı... “Pulunu veririk, qaytarsınlar”

Bir neçə il öncə qar uçqununda həlak olmuş alpinistlər Namin, Babur və Fəridənin xatirəsinə Tufandağın şimal ətəyində Mahmuddərədə quraşdırılmış lövhə oğurlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ramin Həsənəlizadə adlı istifadəçi sosial şəbəkədə yazıb. Lövhənin metal yığanlar tərəfindən oğurlana biləcəyi ehtimal olunur:

"Lövhə bürüncdən hazırlanmışdı, çox güman ki metal yığan məntəqələrə satılıb və ya satılacaq. Tapılsa onu metal məntəqədən pulu ilə alıb yenidən yerinə quraşdırmaq istərdik".

Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin adına əbədiləşdirilmiş lövhədə “Gələnlər keçdi getdi, torpaq qaldı, daş qaldı” sözləri yazılmışdı.

Tufandağ istiqamətində yürüşə çıxmış alpinistlər 2017-ci ilin dekabr ayında itkin düşmüşdü, 2018-ci il mayın 18-də isə meyitləri tapılaraq ailələrinə təhvil verilmişdi.

Babur Hüseynov Astaranın Giləkəran kənd qəbiristanlığında, Fəridə Cəbrayılzadə Masallı rayonunu Şərəfə kənd qəbiristanlığında, Namin Bünyatzadə isə Şəmkir rayonunun Çinarlı qəbiristanlığında atasının yanında dəfn edilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 İyul 20:40 "Bir qədər pis oldum"
24 İyul 17:55 Vaxtdır, Cavid!