Vətən Müharibəsində itkin düşən daha bir hərbçinin nəşi tapıldı

8 May 2021 12:10 Hadisə 553
Vətən Müharibəsində itkin düşən daha bir hərbçinin nəşi tapıldı

Sportinfo.az xəbər verir ki, Hərbi Prokurorluq Vətən Müharibəsində itkin düşən daha bir şəhidin nəşinin tapıldığını açıqlayıb.

Qurumdan verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Vəkilov Elməddin Nizami oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Elməddin Vəkilov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Digər Xəbərlər
Xəbər Lenti