İcraiyyə Komitəsindən mühüm qərar: Komandalarla bağlı

4 May 2021 21:00 Hadisə 1 825
İcraiyyə Komitəsindən mühüm qərar: Komandalarla bağlı

Avropa çempionatında hər bir milli komandanın heyətində yer alacaq futbolçuların sayı artırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Qərara əsasən, 24 iştirakçı ölkə yığmalarınının hər biri AVRO-2020-yə 23 yox, 26 oyunçu sifariş edəcək. Bununla belə, hər oyunun iştirak ərizəsində 23 futbolçu yer alacaq. Onlardan 3-ü qapıçı olmalıdır.

Yekun siyahı iyunun 1-dək təqdim olunmalıdır. Ciddi zədə və ya xəstəlik olduqda, həkimdən arayış gətirməklə, ilk oyunadək iştirakçı siyahısında dəyişiklik etmək olar.

Yeni qaydalara əsasən, oyundan əvvəl qapıçıda fiziki çatışmazlıq olduqda onu sifariş ərizəsində olmayan qolkiperlə əvəzləmək olar. Bu dəyişiklik ehtiyatdakı əlavə iki qapıçıdan asılı olmayaraq gerçəkləşəcək.

Ədalətli mübarizəni təmin etməkdən ötrü dəyişilmiş oyunçunu yenidən siyahıya salınmasına icazə verilməyəcək.

İtaliya AVRO-2020-nin A qrupunda Türkiyə, İsveçrə və Uelslə üz-üzə gələcək. UEFA-nın qərarına əsasən, təşkilatçı şəhərlərin sayını 12-də 11-ə azaldılıb.

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

Digər Xəbərlər
Xəbər Lenti