Cinayətkar dəstə futbolçunu maşının içində yandırdı - VİDEO+FOTO

26 Yanvar 2021 14:00 Hadisə 1 193
Cinayətkar dəstə futbolçunu maşının içində yandırdı - VİDEO+FOTO

Meksikanın "Xuventud Komiteka" klubunun futbolçusu Marvin Alberto Tomas öldürülüb.

Sportinffo.az xəbər verir ki, 22 yaşlı qvatemalalı oyunçu Meksikanın Tamaulipas əyalətində yandırılan 19 şəxsdən biridir.

Onların yanmış meyiti yük maşınında tapılıb.

Cəsədləri aşkarlanan şəxslər iki cinayətkar dəstə arasındakı qarşıdurmanın qurbanlarıdır. Prokurorlar hadisə ilə bağlı araşdırma aparır.

Nuevo-Leonla ştatının sərhədindəki hadisə səbəbindən səlahiyyətli qurumlar xəbərdar edilib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə vaxtında çata bilməyib.

Marvin Alberto Tomas

Digər Xəbərlər
Xəbər Lenti